Ötən gün baş tutan "Sabah" - "Qarabağ" oyunun cəzaları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam komitəsi qərar verib.

"Sabah" klubu 2500, "Qarabağ" isə 700 manat cərimələnib.

"Bayquşlar" meydançaya kənar şəxs daxil olduğuna görə, Ağdam təmsilçisi isə azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu halın cari mövsüm 3-cü dəfə təkrar edildiyinə görə bu cəza ilə üzləşməli olub.

Bununla yanaşı, stadiona zərər verildiyi üçün "Qarabağ" daha 3000 ödəməli olacaq.