"Barselona" rəhbərliyi Hansi Flikdən məmnundur.
Offsideplus.az xəbər verir ki, katalon klubu onunla yola davam istəyir. Tərəflər arasındakı hazırki sözləşmə 2027-ci ilin yayında bitir.
"Blauqrana" bu müddəti daha bir il uzatmaq istəyir.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Bundan əlavə, Kataloniya təmsilçisi Xulian Alvares üçün israrını davam etdirir. Hücum xətti üçün 1 nömrəli hədəf odur.
Qeyd edək ki, Flikin "Barselona" hazırda La Liqada liderdir. Onlar ən yaxın rəqibi "Real Madrid"i 4 xal qabaqlayır.



