"Çelsi"nin baş məşqçisi Entso Mareska adının "Mançester Siti" ilə yanaşı hallanmağına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu iddiaları yalanlayıb:
"Mançester Siti" iddiaları? Bu, 100 faiz fərziyyədir. Bunun üçün vaxt yoxdur".
"Çelsi" ilə 2029-cu ilə qədər müqaviləm var. Diqqətimi yalnız bu kluba yönəltmişəm və burada olmaqdan qürur duyuram.
Bu xəbərin niyə çıxdığını anlamaq vacibdir, lakin bu, sadəcə fərziyyədir”.
Qeyd edək ki, ingilis mətbuatında çıxan xəbərlərə görə, cari mövsümün sonunda vəzifəsindən ayrılacaq olan Pep Qvardiolanı sabiq köməkçisi E. Mareska əvəz edəcək.



