Konfrans Liqasının Liqa mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, 36 komandanın mübarizə apardığı Liqa mərhələsini Fransanın "Strasbur" klubu lider bitirib.
Onlardan başqa “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Praqa, Çexiya), “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Donestk, Ukrayna), “Maynts” (Almaniya) və AEK (Larnaka, Kipr) klubları da ilk səkkizliyə daxil olaraq birbaşa 1/8 finala yüksəliblər.
9 və 24 arasında yer tutan komandalar isə pley-off yüksəliblər:
“Lozanna” (İsveçrə), “Kristal Palas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Selye” (Sloveniya), AZ Alkmaar (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya), “Siqma” (Çexiya”).
Pley-offun püşkü yanvarın 16-da atılacaq.



