Misli Premyer Liqasında XVI tura Qərb derbisi ilə start verilib.
Offsideplus.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda "Kəpəz" "Turan Tovuz"u qəbul edib.
Tovuz təmsilçisi hər hissənin əvvəlində vurduğu qollarla rəqibini məğlub etməyi bacarıb.
Onlar 4 oyunluq fasilədən sonra qələbə qazanmağı bacarıb.
"Turan Tovuz" xalını 27-yə yüksəldib. "Kəpəz" isə 9 xalda qalıb.
Misli Premyer Liqası, XVI turu
19 dekabr (cümə)
14:00 “Kəpəz” – “Turan Tovuz” 0:2
Qol: Alexandro Serrano, 7, Jo Batista, 47
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Baş məşqçi: Kurban Berdıyev
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadion


