"Oyun boyu çoxlu toplar itirdik".

Offsideplus.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu" klubuna məğlubiyyətdən sonra deyib.

Mütəxəssis sözlərinə belə davam edib:

"Stabil mübarizə apara bilmirik. Oyunçular çalışır amma bu kifayət etmir. Bizə yeni basketbolçular lazımdır. Rəqabət olmalıdır. Təssüf ki, bu da bizdə yoxdur. Amma əlimizdə olan ilə çalışırıq. Öz oyunumuzu göstərməyə cəhd edirik. Bu matçda da döyüşdüyümüzü düşünürəm”.