UFC əfsanəsi Jorj Sen-Pyer fikrincə hazırda ən güclü döyüşçü İslam Maxaçevdir.
Offsideplus.az xəbər verir ki, lakin o, Maxaçevin məğlubedilməz olmadığını düşünür:
"Məncə hazırda, kağız üzərində, İslam Maxaçev p4p baxımından ən yaxşı döyüşçüdür. Düşünürəm ki, əgər İslam o adamla (Adriano Martins) 10 dəfə döyüşsəydi, 9-da onu məğlub edərdi. Amma orada yaxalandı və döyüşlərdə belə şeylər baş verə bilir.
İslam Maxaçevi məğlub etmək üçün onun güləş bacarıqlarına bərabər səviyyədə olmaq, ya onun yerə salma cəhdlərini nəzarətdə saxlamaq, ya da yerə düşdükdən sonra ayağa qalxıb ayaqüstü döyüşə davam edə bilmək lazımdır.
Ona çox çətinlik yaradan bir döyüşçü var idi. O, mənim məşq partnyorum idi, adı Mansur Barnaui idi. Bu, İslamın karyerasının ilk dövrlərinə təsadüf edirdi. Əgər həmin döyüşə baxsanız, tam əks nəticənin də mümkün ola biləcəyini görərsiniz. Məhz Mansurun Maxaçevlə döyüşdüyü kimi döyüşmək lazımdır".



