PSJ-nin qapıçısı Matvey Safonov sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, rusiyalı qolkiper əlində qırıq olduğu üçün bir ay meydanlardan uzaq qalacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Safonov son oyunlarda əsas heyət üzvünə çevrilmişdi.
26 yaşlı qapıçı 2 gün öncə "Flamenqo" ilə oyunda 4 penaltini dəf edərək Paris klubuna Qitələrarası kuboku qazandırıb.



