“Liverpul” hücum xəttinə növbəti böyük transfer planlayıb.
Offsideplus.az xəbər verir ki, onlar 2026-cı il üçün əsas transfer hədəflərindən biri olan “Atletik Bilbao”nun cinah hücumçusu Niko Uilyamsa görə 95 milyon avro dəyərində təklif hazırlayır.
Klub rəhbərliyi hesab edir ki, Uilyams heyətdə Məhəmməd Salahın yerini doldura biləcək keyfiyyətə malikdir.
Qeyd olunur ki, futbolçunun “Barselona”ya keçidi mümkün deyil, çünki katalon klubu bu transfer üçün lazımi maliyyə imkanlarına sahib deyil.




