“Mançester Yunayted”dən “Barselona”ya icarə əsasında keçən İngiltərə millisinin hücumçusu Markus Reşford “Atletiko Madrid”in transfer hədəfinə çevrilib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi Reşfordun istedadını yüksək qiymətləndirir və “Barselona”nın futbolçunun gələcəyi ilə bağlı qərarı uzatmasından yararlanmaq niyyətindədir.

“Atletiko” rəhbərliyi katalon klubunun tərəddüd etdiyi bir vaxtda transfer üçün hərəkətə keçməyə hazırdır.

Reşfordun taleyi ilə bağlı qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.