"Fənərbağça” klubunun prezidenti və iş adamı Sadettin Saran ifadə vermək üçün prokurorluğa çağırılıb.

Offsideplus.az xəbər verir ki, Prokurorluqdan verilən açıqlamada bildirilib ki, “ifadəsi alınmaq üçün məhkəmədə hazır ediləcək”. Eyni zamanda, Sadettin Saranın evində də axtarış aparıldığı məlum olub.

Onun evində narkotik araşdırmasına görə axtarış aparılıb.

İtaliyada olan S. Saran ifadə vermək üçün bu gecə Türkiyəyə qayıdacaq.

Hadisə ilə bağlı araşdırmalar davam edir.