Azərbaycan Basketbol Liqasında (ABL) X turun qarşılaşmaları davam edir.

Offsideplus.az xəbər verir ki, B qrupunun lideri "Ordu" komandası növbəti qələbəsini qazanıb.

Onlar bu dəfə "Lənkəran"ını məğlubiyyətə uğradıb - 84:72.

Günün bir digər oyunu "Naxçıvan" və "Quba" arasında baş tutub.

Birincilər kortdan 78:69 hesablı qalibiyyətlə ayrılıb.

Tura dekabrın 21-də yekun vurulacaq.