Bukayo Saka “Arsenal” tarixində bir ilkə imza atacaq. 

Offsideplus.az xəbər verir ki, “Arsenal”ın və İngiltərə millisinin cinah hücumçusu klub tarixində həftəlik 300 min funt sterlinq maaş alan ilk futbolçu olacaq.

London təmsilçisi Saka ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan, rekord məbləğli yeni müqaviləni elan etməyə yaxındır. Razılaşma klub tarixində ən yüksək maaşlı kontrakt olacaq.

Bukayo Saka 2025-ci ildə yeni müqavilə imzalayan Uilyam Saliba, Qabriel, Mayls Lyuis-Skelli, İtan Nvaneri və David Rayanın ardınca bu siyahıya qoşulacaq.

Yaxın zamanda Yurriyen Timberin də yeni müqaviləyə imza atması gözlənilir.