Misli Premyer Liqasının XVI turunda "Zirə" ilin son ev oyununda "İmişli"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, görüş saat 16:30-da start götürəcək.

Tərəflər arasında ilk dövrədəki oyun heç-heçə başa çatmışdı - 1:1.

"Zirə"nin 27 xalı var. Bölgə klubu isə 16 xalla 9-cu yerin sahibidir.

Misli Premyer Liqası, XVI tur

20 dekabr (şənbə)

16:30 “Zirə” – “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu