"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdakı gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, “AS” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis müqaviləsi uzadılacağı təqdirdə komandada qalmaq istəyir: “Bu klubda işləməkdən çox şadam. Heyətim fantastikdir, mühit isə əladır. Daha il yarım qalmağın yaxşı olduğunu düşünürəm. Lakin məni həm də prezidentin öz vəzifəsində qalıb-qalmayacağı düşündürür. Çünki mən onun sayəsində buradayam. Əgər yaxşı oynayıb uğur qazansaq, bu, labüd olacaq".

 

Qeyd edək ki, mütəxəssisin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Kataloniya təmsilçisinin Fliklə müqaviləni 2028-ci ilin yayına qədər uzadacağı gözlənilir.