"İmişli" Misli Premyer Liqasının XVI turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyunla bağlı fikirlərini bildirib:

"Hər iki komanda üçün çətin oyun keçdi. "Zirə" iki təhlükəli epizoda yaratdı. Biz bilirdik ki, onlar fiziki cəhətdən güclü komandadır. Eyni zamanda standart vəziyyətləri də yaxşı yerinə yetirirlər. Lakin biz sona qədət onlarla mübarizə apara bildik. Bu da onu göstərir ki, taktiki cəhətdən komandam yaxşı hazırlaşmışdı.

İkinci hissədə biz gözləyirdik ki, "Zirə" təzyiqi artıracaq. "Zirə"nin futbolçuları qol vurmaq üçün irəli gələcəklər. Onlar tərəfdən güclü pressinq var idi. Bizdə də yorğunçuluq hiss olunurdu.. "Karvan-Yevlax"la oyundan sonra cəmi 4 günümüz var idi ki, bu oyuna hazırlaşaq. Onların isə 6 günü var idi. Bu güclü rəqibə qarşı 1 xal qazanmaq üçün müdafiə edirdik".

Qeyd edək ki, "İmişli" 16 turdan sonra 17 xal toplamağı bacarıb. Onlar hazırda 9-cu yerdədir.