“Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, klubun onun gedişindən sonrakı dövrə hazırlıqlı olmasının vacibliyini vurğulayıb: "Zamanı gələndə klub ən yaxşı adı seçəcək. Nəticələr həmişə bir dövrün sonunu müəyyən edir.

Mən bir az qəribə adamam. Bir səhər oyanıb gedəcəyimi deyə bilərəm.

İndi isə buradayam. Hazırda xoşbəxtəm və qalmaq istəyirəm. Gələcəyimlə bağlı şayiələr hər il yayılır. Mövsümün sonunda nə olacağını görəcəyik".

Qeyd edək ki, ispan mütəxəssis 2016-cı ilin yayında “Mançester Siti”ni çalışdırır.