Premyer Liqa klubu "Brentford" "Qalatasaray"ın futbolçusu Roland Şallai ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" astronomik bir təklif olmadığı müddətcə heç bir oyunçusunu yanvar ayında buraxmaq istəmir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Ona görə də İstanbul klubu macar futbolçu üçün 30 milyon avro tələb edib.
Şallai 2024-cü ilin yayından "Qalatasaray"da çıxış edir. O, cari mövsüm 21 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.



