FIFA Səudiyyə Ərəbistanının “Al Nassr” klubuna yeni futbolçuların qeydiyyatını qadağan edib.

Offsideplus.az xəbər verir ki, qadağanın səbəbi klubun Aymerik Laportun “Mançester Siti”dən transferi ilə bağlı ödənişin bir hissəsini vaxtında etməməsidir.

Məlumata görə, təxminən 9 milyon avro məbləğində borc 31 avqusta qədər ödənilməli idi.

Sözügedən məbləğ ödənildiyi anda transfer qadağası dərhal ləğv olunacaq.