"Kurban Berdıyev Rusiya səviyyəsində top-məşqçilər sırasındadır. Onun vaxtında "Rubin" Rusiya futbolunun nəhəngi idi. O, Rusiya futbolunun inkişafında pioner rolunu oynayıb".
Offsideplus.az xəbər verir ki, bu sözləri Rusiyanın "Rubin" klubunun sabiq məşqçisi Raul Rianço deyib.
İspan çalışdırıcı 2009-2014-cü illərdə Kurban Berdiyevin rəhbərlik etdiyi məşqçilər korpusuna daxil olub. O, təcrübəli mütəxəssisi xoş sözlərlə xatırlayıb: "Biz onunla əlaqədəyik, hərdən danışrıq. Ancaq bu, çox nadir hallarda baş verir. Çünki o işləyir, mən isə uzaqdayam. Kurban Berdiyev futbola hələ çox şey verə bilər".
Qeyd edək ki, K.Berdiyev ötən ilin yayından "Turan-Tovuz"un baş məşqçisi funksiyasını yerinə yetirir. Onun komandası Misli Premyer Liqasında 43 xalla 4-cü yerdə qərarlaşıb.
BU DA MARAQLIDIR: