"Bir nəfər azlıqda qaldıq. Buna baxmayaraq sona qədər mübarizə apardıq".

Bu sözləri offsideplus.az-a açıqlamasında "Qarabağ"ın qapıçısı Mateus Koxalski "Neftçi"yə qarşı oyun barəsində danışarkən bildirdi.

Qolkiper qələbənin əhəmiyyətini vurğuladı:

"Çox çətin oyun keçdi. Yekunda qalib gəldik. Hər qələbə vacibdir və önəmlidir".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşmasında Ağdam klubu minimal hesablı qələbə qazanmışdı.