Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz" "Zirə"yə məğlub oldu - 0:4.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada zədələnən Luis Paçunun son durumu bəlli olub. 

Klubun tibbi xidmətdən verilən məlumata görə, hücumçuda ciddi xəsarət aşkarlanmayıb.

Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. 28 yaşlı braziliyalı sabahdan kollektiv məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Kəpəz” – “Zirə” oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paçu qarşılaşmanın 15-ci dəqiqəsində zədələnərək əvəzlənib.