5 turdan sonra Premyer Liqada xala həsrət qalan "Kəpəz" sonuncu pillədə qərarlaşıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi vəziyyəti düzəltmək üçün Adil Şükürovla yolları ayıraraq Azər Bağırovla anlaşdı.
Mütəxəssis hazırkı futbolçular və yeni transferlərlə Premyer Liqada qala biləcək potensialda olan komanda formalaşdırmaq niyyətindədir. Bu məqsədlə Azər Bağırov köhnə-tanışını yanına gətirib. Söhbət millimizin üzvü Turan Manafovdan gedir. "Kəpəz" artıq müdafiəçi ilə razılıq əldə edib. Turanın keçidi yaxın günlərdə rəsmi olaraq ictimaiyyətə açıqlanacaq. Müdafiəçi yeni komandasında "12" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Turan Manafov "Araz-Naxçıvan"ın heyətində Azər Bağırovun rəhbərliyində çıxış edib.