Azərbaycan Kubokunun finalında üz-üzə gələcək "Sabah" və "Zirə" indiyədək 31-ci duelə çıxacaqlar.
Offsideplus.az xəbər verir ki, Premyer Liqadakı əvvəlki 30 görüşün 12-də "Sabah", 8-də "Zirə" qalib gəlib, 10 matç isə bərabərliklə bitib.
Top fərqində 40-32 hesabı ilə üstün olan "Sabah"ın 24, "Zirə"nin isə 20 oyunçusu qol sevinci yaşayıb. Duellərin ən məhsuldar oyunçusu Davit Volkovdur (7 qol). O, həmçinin bu rəqabətdə yeganə het-trikin müəllifidir. Coy Lens Mikels isə 6 qolla "Sabah"ın heyətində rəqib qapısına ən çox yol tapan futbolçudur.
Qeyd edək ki, D. Volkovla yanaşı, Xulio Sezar Rodriqez də hər iki komandanın heyətində fərqlənməyi bacarıb.


