Dünən Misli Premyer Liqasının II turunda "Qarabağ" "Kəpəz"lə qarşılaşdı.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatdı.

Oyunda "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

* "Qarabağ"ın üzvü Sadiq Məmmədzadə peşəkar futbolçu karyerasında ilk rəsmi oyuna çıxırdı.

* Oyun başlamamış baş hakim topu dəyişdi.

* "Kəpəz" azarkeşləri matç bitməmiş stadiondakı yerlərini tərk etdi.

* "Qarabağ"ın meydan oyunçuları Sadiq Məmmədzadəni uğurlu debütə görə bir-bir təbrik etdilər. 

* Oyun bitən kimi "İmarət" maraqlı pankart açdı. Azarkeşlər futbolçulara ingiliscə müraciət etmişdilər: "Biz ən yaxşıyıq, "Qarabağ". Sakit ol və "Ludo"nu keç!"