"Neftçi"nin braziliyalı futbolçusu Andre Şinyaşiki ölkəsinin mətbuatına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, "Qarabağ"ın yaxşı mövsüm keçirdiyini deyib:
"Neftçi" böyük ənənələrə malik klubdur. Komanda bir müddətdir ölkə çempionu ola bilmir. Bizim yenidən zirvəyə yüksəlməyə ehtiyacımız var. Çətin olacağına şübhəmiz yoxdur, lakin özümüzə inanırıq. Böyük klubuq və ən yaxşı şəkildə şərəfləndirməliyik. "Qarabağ" olduqca yaxşı mövsüm keçirdik. Biz bir nömrə idik, amma "Qarabağ" bizi zirvədən saldı. Azarkeşlərimizə yenidən bu sevinci bəxş etmək istəyirik".
Hücumçu geridə qalan mövsüm "ağ-qaralar"ın heyətində 32 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.