"Səbail" klubu baş məşqçisi Şahin Diniyev barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "dənizçilər"in sükanı arxasında qalacaq. Klubun Müşahidə Şurasının qərarına əsasən, baş məşqçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Azərbaycan çempionatında 2023-24 mövsümünü 7-ci pillədə başa vurub.