"Qarabağ" Misli Premyer Liqasının XXVI turunda "Karvan-Yevlax"ı darmadağın edib - 7:0.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bütün oyunlara ciddi hazırlaşırıq. "Karvan-Yevlax"a uğurlar arzu edirəm.

Komandam geridönüş etmə xarakterinə sahibdir. Komandada daxili problemlər olur bəzən, amma biz təcrübəli komandayıq, hər oyun qalib olmaq üçün meydana çıxırıq.

"Sabah" və digər komandalar stabil və balanslasdırılmış kollektivlərdi amma biz öz oyunumuzdan əl çəkmirik".

Təcrübəli mütəxəssis hakimliklə bağlı isə bunları deyib:

"Bu barədə fikir bildirməyim düzgün deyil, ümumən desəm, hakimlər bilmir nə qərar versin, bəlkə tələb o qədər çoxdur ya da yeni standartlar var, sanki hakimlər tərəddüd içindədirlər.

Bəzən mən də gənc futbolçudan meydana buraxmadan əvvəl çox şey tələb edirəm lakin onun təcrübəsizliyi ona mane olur. Qaydalar o qədər dəyişib ki, onlar fərqli qərarlar verir. Amma futbolun bir dili var, öz hakimlik məktəbimiz olmalıdır. Görünən odur ki, hakimlər panika içindədir. Allah köməkləri olsun. Hazırda ən çox onlar müzakirə olunur”.