"Karvan-Yevlax" Misli Premyer Liqasının XXVI turunda "Qarabağ"a 0:7 hesab ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov görüşdən sonra baş tutan mətbuat konfransında oyunu qısa şərh edib:

"Oyunla bağlı çox danışmağa ehtiyac yoxdur, komandamız acı məğlubiyyət aldı. “Qarabağ"ı təbrik edirəm".

Qeyd edək ki, "Karvan-Yevlax" 8 xalla Misli Premyer Liqasında sonuncu yeri tutur.