"Naxçıvan" hər iki oyunda "Sərhədçi"ni məğlub edərək Azərbaycan Basketbol Liqasında 1/4 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Nikola Bozinoski "Sərhədçi" ilə ikinci qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələrdə rəqibə nisbətən ehtiyyat oyunçu skamyamız daha geniş olduğu üçün daha rahat mübarizə apardıq. Bu da oyunun qırılma anlarından biri oldu. Play-off mərhələsindəki rəqibimiz “Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, "Naxçıvan" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.