İtaliya Seriya A-nın 31-ci turu çərçivəsində baş tutan mərkəzi qarşılaşmada Antonio Kontenin "Napoli"si öz meydanında "Milan"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, taktiki mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
"Diego Armando Maradona" stadionunda keçirilən matçın taleyini 79-cu dəqiqədə Matteo Politano həll edib. Onun vurduğu qol "Napoli"yə qızıl dəyərində 3 xal qazandırıb.
Kontenin qurduğu keçilməz müdafiə səddi qarşısında "Milan" hücumda olduqca sönük görünüb. "Rossonerilər" oyun boyu neapolluların müdafiə kilidini açmaq üçün kreativ ideyalar tapa bilməyib.
Bu qələbə sayəsində "Napoli" xallarının sayını 65-ə çatdıraraq "Milan"ı (63 xal) qabaqlayıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Lider "İnter" (72 xal) hələ də əlçatmaz görünür.
Seriya A-da ilk 3-lük (31-ci turdan sonra):
-
"İnter" — 72 xal
-
"Napoli" — 65 xal
-
"Milan" — 63 xal


