"Liverpul"un baş məşqçisi Arne Slot, Premyer Liqadakı uğursuz çıxış və ard-arda gələn ağır məğlubiyyətlərdən sonra qovulmaq təhlükəsi ilə üz-üzədir.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm komandaya çempionluq qazandırmasına baxmayaraq, cari mövsümdəki zəif nəticələr rəhbərliyin və azarkeşlərin səbrini daşırıb.
Keçən həftəsonu İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti"yə qarşı alınan 4-0 hesablı rüsvayçı məğlubiyyət vəziyyəti kritik həddə çatdırıb. İnsayderlərin məlumatına görə:
- İstefa təklifi: Slotun müəyyən şərtlər daxilində postunu tərk etməyə hazır olduğu bildirilir.
- FSG-nin planı: Klub sahibləri mövsüm sonu üçün nəzərdə tutulan hesabat prosesini sürətləndiriblər və qəti addımlar atmağa hazırlaşırlar.
- Azarkeşlərin etirazı: "Etihad" stadionundakı oyunda azarkeşlər Slotun əleyhinə şüarlar səsləndirərək Xabi Alonsonun adını çəkməyə başlayıblar.
- Çempionlar Liqası təhlükədədir: Komandanın gələn mövsüm nüfuzlu turnirdə iştirakı sual altındadır.
- Qələbə faizi: 2026-cı ildə keçirilən oyunlarda qələbə göstəricisi 50%-dən aşağı düşüb.
- Müdafiə problemləri: Titulun qorunması yolunda komanda müdafiədə ciddi boşluqlar verir.
Bütün bu gərginlik fonunda "Liverpul" Çempionlar Liqasının 1/4 finalında son çempion "Paris Sen-Jermen" (PSJ) ilə qarşılaşacaq. Analitiklərin fikrincə, bu oyun Slotun "Liverpul" karyerasında son matçı ola bilər.


