UFC-nin fetherveyt çəki dərəcəsində titul iddiaçısı Movsar Evloyev qadın döyüşlərinə münasibətini bölüşüb. O bildirib ki, qadın döyüşlərini izləmək onun üçün asan deyil və bu qarşılaşmalara baxmaqda çətinlik çəkir.
Offsideplus.az xəbər verir ki, Evloyev yalnız bir qadın döyüşünün — Yoanna Yendzeyçik və Rouz Namayunas arasında keçirilən ikinci qarşılaşmanın ona maraqlı gəldiyini deyib. "Çox qadın döyüşü izləmiş deyiləm, amma baxdıqlarım yüksək səviyyədə olmayıb. Ola bilsin, qadınlar üçün ayrıca UFC təşkil etmək lazımdır. Görək, bu kimə maraqlı olacaq", – deyə Evloyev qeyd edib. Qeyd edək ki, Movsar Evloyev 24 oktyabrda Abu-Dabidə keçiriləcək UFC 333 turnirində Aleks Volkanovskiyə qarşı döyüşəcək.


