İslam Maxaçev İan Qerri ilə qarşıdakı döyüşə hazırlıq prosesindən bəhs edib.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, məşqlərinə yenilik qatmaq üçün boks üzrə məşqçi dəvət edib və yeni sparrinqlərlə işləyib.
Maxaçev hazırlıq zamanı İspaniyadan olan, uzunboylu və güclü zərbələri ilə seçilən Yoel Alvareslə, həmçinin Ukraynadan Yaroslav adlı iri cüssəli sparrinqlə çalışdığını qeyd edib. Maxaçev və Qerri arasındakı döyüş 16 avqustda UFC 330 turnirində Filadelfiyada baş tutacaq.


