NBA-nın ən tanınmış oyunçularından biri olan Rassell Uestbrukun "Hapoel Tel-Aviv"lə müqavilə imzalayacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Offsideplus.az xəbər verir ki, insayder Mark Ştaynın açıqlamasına əsasən, 37 yaşlı ulduz oyunçu NBA-dan ayrılmaq barədə heç düşünməyib və İsrail klubu ilə danışıqlar aparmayıb. Uestbruk 18 mövsümlük karyerasını davam etdirmək və 19-cu mövsümdə də Şimali Amerikada çıxış etmək niyyətindədir. O, ötən mövsüm "Sakramento Kinqs"in heyətində 64 oyunda iştirak edib və orta hesabla 15,2 xal toplayıb. Dəfələrlə All-Star seçilən, iki dəfə NBA-nın ən məhsuldar oyunçusu olan və 2017-ci ilin ən dəyərli oyunçusu adına layiq görülən Uestbruk, karyerası ərzində dörd fərqli mövsümdə orta hesabla üçqat dubl göstəricisinə imza atıb və bu göstərici ilə liqada təkdir. Oyunçunun diqqəti hazırda yalnız NBA-da azad agent bazarına yönəlib.


