Somalili hakim Omar Artan ABŞ-a daxil olmağa icazə verilmədiyi üçün 2026 Dünya Çempionatında iştirak edə bilməməsi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı referi bu gün keçiriləcək UEFA Superkuboku qarşılaşmasında "PSJ" və "Aston Villa" arasında oyunu idarə edəcək. Matç Zalsburqda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
"Bu, mənim üçün çox ağır dövr idi. Çoxları mənə dəstək oldu, çünki insan illərlə bir məqsəd uğrunda çalışır, şans əldə edir, amma ondan istifadə edə bilmir, bu, həqiqətən də çətindir. Lakin dünyanın hər yerindən aldığım dəstəyi çox yüksək qiymətləndirirəm. İnanılmaz dərəcədə minnətdaram. Mənə bəxt üz gətirdi, amma bura gəlmək üçün çox çalışdım və bununla fəxr edirəm. Bildiyiniz kimi, asan şəraitdə böyüməmişəm, lakin bu, arzuma çatmağa mane olmadı", – deyə Artan bildirib.


