"Çelsi" rəhbərliyi Mixail Mudrikin bu mövsüm başqa kluba icarəyə göndərilməsinə razılıq verib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın ən azı üç klubu ukraynalı futbolçunun icarəsi üçün müraciət edib.
Bu klublar arasında Frank Lempardın başçılıq etdiyi "Koventri" də var. Lempard daha əvvəl Mudryk ilə birgə çalışıb.
Bundan başqa, 25 yaşlı futbolçunun "Strasburq"a keçidi də gündəmdədir.
O, sonuncu dəfə 2024-cü ildə rəsmi oyunda meydana çıxıb.
Mudrik dopinq istifadə etdiyinə görə, meydanlardan uzaq qalmışdı.


