"Sabah" ötən gün iki oyunun nəticəsində "Orhus"u 5:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-offuna yüksəlib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" cari mövsüm avrokuboklarda 6 oyunda 5 qələbə qazanmağı bacarıb.
Azərbaycanın reytinq xalı da artmağa davam edir. Hazırda aktivimizdə 21 min 437 xal var və 26-cı yerdəyik.
Bizdən bir pillə öndə olan Ukraynanın 22 min 587 xalı var.
27-ci Bolqarıstan isə 20 min 437 xal sahibdir.
Qeyd edək ki, hazırda avrokuboklarda 2 təmsilçimiz mübarizəni davam etdirir: "Sabah" və "Qarabağ"


