UFC 330 turnirində üz-üzə gələcək İslam Maxaçev və İan Maçado Qarri Filadelfiyada "Rocky" heykəlinin qarşısında ilk dəfə baxış duelinə çıxıblar.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşma Cek Della Maddalenaya qalib gələrək kəməri götürən Maxaçevin yarımorta çəkidə ilk titul müdafiəsidir. Qarri isə son döyüşlərində Karlos Prates və Belal Məhəmməd üzərində qələbə qazanaraq bu şansı əldə edib.
15 avqustda "Xfinity Mobile Arena"da keçiriləcək turnirin həmsponsor döyüşündə isə çəki dərəcəsinin yeni çempionu Makkenzi Dern titulunu ardıcıl 5 qələbəsi olan Gillian Robertson qarşısında müdafiə edəcək.


