UFC döyüşçüsü Şara Bullet hesab edir ki, İslam Maxaçev İan Gerri ilə qarşılaşmada vaxtından əvvəl qələbə qazanacaq.

Offsideplus.az xəbər verir ki, Şara Bullet bu barədə fikirlərini belə ifadə edib: "İslamın birinci raundda döyüşü bitirmək üçün hər cür imkanı var, əgər alınmasa, ikinci raundda bunu edəcək. Gerrinin Maxaçevin güləşinə qarşı duracaq imkanları yoxdur. İslam sübut edib ki, 77 kq çəki dərəcəsində fiziki baxımdan hamıdan üstündür – həm gücü, həm də bədən quruluşu ilə. Gerrinin isə bu sahədə problemləri ola bilər. Gerri ayaqlara zərbələr endirir, tez-tez rəqibin gözünə barmaq salır və bu cür qeyri-idman hərəkətlərlə döyüşdən yayınır. O, rəqibinə çətinlik yaratmaq üçün bu üsullara əl atır. Maxaçev isə rəqibini tələsmədən, ağıllı və ehtiyatlı şəkildə döyüşür. Düşünürəm ki, Maxaçev Gerri üzərində üstünlük əldə edəcək və Gerri ona qarşı heç nə göstərə bilməyəcək. Gerri Maxaçevin digər döyüşlərdə görmədiyi heç nəyi nümayiş etdirə bilməyəcək".

Qeyd edək ki, Maxaçev – Gerri döyüşü 16 avqustda UFC 330 turnirində Filadelfiyada baş tutacaq.