Yay transfer pəncərəsinin ən gözlənilməz keçidlərindən biri də Məhəmməd Salahın "Trabzsonspor"a transferi oldu.

Bu anlaşma haqda bir çox mütəxəssis fikir bildirdi. Offsideplus.az xəbər verir ki, onlardan biri də Yurgen Kloppdur. 

Alman çalışdırıcı nə deyib?

"İnsanların Salahın başqa liqalara yox, Türkiyəyə üz tutması haqda dedikləri mənə çox da maraqlı deyil. Fikrimcə, o, bir futbolçu olaraq nə etdiyini çox gözəl bilir. Onun kimi yüksək səviyyəli futbolçu hər zaman özü üçün ən doğru olan qərarları verir. Əminəm ki, klubu nəsə qazanmaq istəyirsə, Salah hər dəfə işləri tərsinə çevirib klubu daha yaxşı duruma gətirə bilir. Mən hər zaman demişəm ki, nə qədər yaxşı oynayırsan oyna, səni sevənlər də olacaq, sevməyənlər də. Ona görə də özünü necə göstərirsən göstər, yenə də nifrət edənlər olacaq. Fikrimcə, Salahın getdiyi yer zəif liqa və ya zəif klub deyil. Əsas odu ki, o özü qərarından məmnundur. Ona görə də Salaha qarşı yersiz sözlər işlətməyin mənası yoxdu''.