"LA Klippers" 24 yaşlı mərkəz oyunçusu Camarion Şarp ilə iki tərəfli müqavilə imzalayıb. Onun boyu 226 santimetrdir və bu göstərici ilə Şarp hazırda NBA-da çıxış edən ən hündür basketbolçu hesab olunur. O, "San Antonio Spurs"un ulduz mərkəzi Viktor Vembanyamanı geridə qoyur. Vembanyamanın boyu rəsmi olaraq 224 santimetr göstərilib.

Offsideplus.az xəbər verir ki, Camarion Şarp 2024-cü il NBA dreftində seçilməyib və daha sonra "Dallas Mavericks"in G Liqa komandası ilə müqavilə bağlayıb. O, 2025/26 mövsümündə "Ən yaxşı müdafiəçi" mükafatını qazanıb və orta hesabla 7,1 xal, 7,3 ribaund və liqada ən yüksək göstərici olan 3,8 blokşutla yadda qalıb. İyul ayında Şarp "Toronto Raptors"un heyətində NBA Yay Liqasında 5 oyunda orta hesabla 7,4 xal, 7,4 ribaund və 2,8 blokşutla çıxış edib.