Keçmiş "Çelsi" yarımmüdafiəçisi Con Obi Mikel Vinisius Juniorun "Real Madrid"dən "Arsenal"a keçidi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Mikel "Arsenal" azarkeşlərinin Vinisiusun transferini gözləməsini tənqid edib:
"Mən bilmirəm, "Arsenal" azarkeşləri nə gözləyirdi. 22 ildən sonra ilk dəfə çempion oldunuz və dərhal düşünürsünüz ki, artıq böyük klublar sırasına qayıtmısınız. Xeyr, belə deyil. Onlar indi təzəcə məyus olublar, çünki mən əvvəldən demişdim: Vinisius Juniorun "Real Madrid"dən çıxıb, son 22 ildə cəmi bir titul qazanmış "Arsenal"a keçmək ehtimalı yoxdur. Bu oyunçu daim kuboklar qazanır, "Real Madrid"də bir çox titul əldə edib. O, hər mövsüm yeni uğurlar qazanmaq, Çempionlar Liqası, La Liqa kimi turnirlərdə mübarizə aparmaq və bu titulları qazanmaq istəyir. O, artıq Çempionlar Liqasının dadını bilib, "Arsenal" isə heç vaxt bu turnirdə qalib olmayıb. Sıfır qələbə. Siz isə düşünürsünüz ki, Çempionlar Liqasını "Real Madrid"lə qazanan bir oyunçu hər şeyi atıb, "Real"də qurduğu hər şeyi geridə qoyub, hazırda Joze Mourinyonun formalaşdırdığı heyətdən ayrılıb "Arsenal"a keçəcək? Məncə, "Real Madrid" bu mövsüm də Çempionlar Liqasının finalında olacaq əsas namizədlərdəndir. Siz isə hələ də inanırsınız ki, o, 22 ildə bir dəfə çempion olmuş komandaya keçəcək? Bu, sadəcə absurddur".


