Türkiyədə jurnalist Burxan Can Terzi ictimaiyyətə yalan məlumat yaymaqda ittiham olunaraq saxlanılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb onun "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanın "Qalatasaray"a keçidi ilə bağlı paylaşdığı məlumatlar olub. 24 iyulda Terzi "Qalatasaray"ın 23 yaşlı futbolçunun icarəsi üçün sorğu göndərdiyini yazıb, 26 iyulda isə Musialanın İstanbul klubu ilə razılığa gəldiyini iddia edib.
"Qalatasaray" bu xəbərləri rəsmi şəkildə təkzib etsə də, jurnalist öz mövqeyində israr edib. Nəticədə prokurorluğun təşəbbüsü ilə Terzi saxlanılıb. Zəruri prosessual tədbirlərdən sonra o, məhkəməyə aparılıb və sərbəst buraxılıb.


