"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olabiran Blessinq Muyiva “sarı-göylər”in formasını geyinəcək. 27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, "Benito" ləqəbli cinah yarımmüdafiəçisinin son klubu Kipr “Akritas”ı olub.