İspaniya millisinin kapitanı Rodri ölkəsinə dönür.
Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Barselona” ilə anlaşıb. Katalonlar Rodri üçün “şəhərlilərə” 50 milyon avro + bonus məbləğlər ödəyəcək. Bu keçidin reallaşması üçün Rodri də “Mançester Siti” rəhbərliyinə təzyiq göstərib.
Qeyd edək ki, “Real Madrid” də Rodrini transfer etmək istəyirdi. Lakin “Siti”nin 60 milyon avro tələbi bu transferin alınmasına mane oldu.


