İslam Maxaçevin məşqçisi Xavyer Mendes avqustun 16-da Filadelfiyada keçiriləcək UFC 330 turnirində İan Gerri ilə qarşılaşmada onun küncündə yer alacaq şəxslərin adlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, Maxaçevin küncündə Habib Nurmaqomedov, özü və Muslim Amiraslanov mütləq olacaq.
Dördüncü künc üzvü kimi isə Abubakar Nurmaqomedovun da iştirak edə biləcəyi qeyd olunub.
Mendes bu barədə "Dördüncü künc üzvü barədə dəqiq məlumatım yoxdur" deyə bildirib.


