"Real Madrid"in müdafiəçisi Deyan Huysen komandasının yeni 4 nömrəli futbolçusu olub.

Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu bu barədə sevincini sosial şəbəkə hesablarında paylaşıb. 

“Həmişə Real Madriddə və 4 nömrə ilə oynamaq arzum olub. Uşaq vaxtı böyük kumirim Serxio Ramos idi. O, 4 nömrəni geyinirdi və Real Madrid və dünya futbolunun əsl əfsanəsinə çevrilmişdi. Hələ də onun SR4 butsları ilə oynadığımı xatırlayıram, çünki onun kimi olmaq istəyirdim".

Daha sonra Fernando Hierro və David Alabanı da qeyd edib və ən sonda:

“Bu nömrənin əfsanələrlə dolu keçmişi olduğunu bilirəm və ümid edirəm ki, öz hekayəmi yaza biləcəyəm. Bir gün insanların bu formanı və bu nömrəni geyinməyə layiq olduğumu düşünməsini istəyirəm. Bildiyim bir şey var: hər gün məşqdə və oyunda əlimdən gələni edəcəyəm".