"Klivlend Kavalers" yay transfer dövründə diqqətini "Denver Naqgets"in məhdud azad agenti Peyton Uotsona yönəldib. Klub rəhbərliyi heyətdə ciddi dəyişiklik etməsə də, xüsusilə Din Ueydin gedişindən sonra yeni oyunçu axtarışını sürətləndirib.
Offsideplus.az xəbər verir ki, ESPN-in insayderi Deyv Makmenaminin sözlərinə görə, "Klivlend" Uotsonun transferində əsas namizədlərdən biridir. Onun bildirdiyinə görə, 23 yaşlı forvardın "Denver Naqgets"lə yeni müqavilə danışıqları dalana dirənib. Uotson təklif olunan məbləğdən narazıdır və bu səbəbdən digər klubların marağı artıb. "Klivlend Kavalers" isə əsas favoritlərdən hesab olunur.


