Çelsi”nin qapıçısı Filip Yorgensen Fransanın “Strasburq” komandasına icarəyə verilib.

Offsideplus.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Qolkiperlə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Filip Yorgensen 2024-cü ildən “Çelsi”də forma geyinir.